"Sabah"ı bu cütün favoriti hesab edirəm. Komanda artıq oturuşmuş heyətə malikdir". Bu sözləri Sport24.az-a açıqlamasında Samir Abasov deyib.
Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Sabah" – TNS oyunundan gözləntilərini bölüşüb:
"Yeni transferlərin oyuna nə dərəcədə töhfə verəcəyini isə zaman göstərəcək. Sevindirici məqam odur ki, komanda çempion heyətin demək olar ki, özəyini qoruyub saxlayıb. Bu da sabitlik baxımından "Sabah"ın üstünlüyüdür".
Abasovun fikrincə, "bayquşlar" cari avrokubok mövsümündə qrup mərhələsinə yüksələ biləcək:
"Düşünürəm ki, "Sabah" bu mövsüm minimum Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaq. Valdas Dambrauskasın avrokubok təcrübəsi də buna əsas verir. Buna baxmayaraq, komanda məqsədinə çata bilməsə belə, bunu "Sabah" üçün faciə kimi qiymətləndirmək olmaz. Klub hələ yeni formalaşır və qısa müddətdə artıq həm çempionluğu bayram edib, həm də iki dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. İnanıram ki, Masazır təmsilçisi gələcəkdə daha böyük uğurlara imza atacaq və avrokubokların Liqa mərhələlərinin daimi iştirakçılarından birinə çevriləcək. Onlar bu il uğurlu olmasalar belə, qarşıdakı illərdə adlarından söz etdirəcəklər".
Xatırladaq ki, qarşılaşma iyulun 7-də "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.