FIFA referisi Tural Qurbanov növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, T.Qurbanov UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Deçiç" (Monteneqro) – "Liepaya" (Latviya) qarşılaşmasının baş hakimi olacaq. 

 

Ona Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. 

 

Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

 

İyulun 15-də Tuzi şəhərində yerləşən "Tuşko Polje" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.