Cənubi Koreya Futbol Assosiasiyasının prezidenti Çon Min-qo istefa verib. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

Funksioner milli komandanın dünya çempionatındakı uğursuzluğuna görə postundan ayrılıb.

 

Cənubi Koreya millisi mundialda A qrupunda Meksika, CAR və Çexiya ilə mübarizə aparıb. Yekunda 3 xal toplayan asiyalılar qrupdan çıxa bilməyib.