"Fənərbaxça" və "Beşiktaş" "Napoli"nin hücumçusu Romelu Lukaku ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Napoli" oyunçunun transferi üçün 10 milyon avro istəyir. Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.

 

Apreldə İtaliya təmsilçisi Lukakunu beynəlxalq fasilə zamanı Belçika millisinin düşərgəsindən vaxtında kluba qayıtmadığına görə 150.000 avro cərimələyib. Bu səbəbdən Lukakunun "Napoli" ilə münasibətlərinin pisləşdiyi və yay transfer dönəmində klubunu dəyişmək istədiyi barədə xəbərlər dolaşır. 

 

Qeyd edək ki, Lukaku keçən mövsüm zədə səbəbindən "Napoli"də cəmi 7 oyun keçirib və 1 qol vurub.