"İnter" "Mançester Siti"nin keçmiş müdafiəçisi Con Stounsun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Caught Offside" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "nerazzurri" 32 yaşlı ingilis üçün təklif irəli sürüb. Bir neçə ay əvvəl futbolçunun agentləri onu İtaliya klubuna təklif etsələr də qarşı tərəf heç bir addım atmayıb. İndi isə "İnter"in rəsmiləri danışıqlara başlamağa hazır olduqlarını bildiriblər.

 

Qeyd edək ki, müdafiəçi yayda "Mançester Siti"dən ayrılıb və hazırda azad agentdir.