Rusiya Futbol İttifaqının (RFU) rəhbəri Aleksandr Dyukov bildirib ki, sanksiyalar qaldırıldıqdan sonra Rusiyada Çempionlar Liqasının finalı və UEFA Superkuboku matçına ev sahibliyi etmək üçün UEFA ilə şifahi razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə "Matç TV" məlumat yayıb:
"UEFA ilə şifahi razılaşmamız var ki, Rusiya futboluna qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra Sankt-Peterburq və Kazan əvvəlcə planlaşdırılan oyunlara ev sahibliyi edəcək".
Qeyd edək ki, Çempionlar Liqası finalının 2022-ci ildə Sankt-Peterburqda, UEFA Superkuboku isə 2023-cü ildə Kazanda keçirilməsi planlaşdırılırdı. 2022-ci ilin fevral ayında Ukraynadakı hadisələr səbəbindən Rusiya komandalarının FIFA və UEFA yarışlarından kənarlaşdırılmasından sonra oyunlar sözügedeən finallar başqa ölkələrdə keçirilib.