Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirəcək. Sport24.az xəbər verir ki, "ağ-qaralar" Serbiya təmsilçisi "Partizan"la üz-üzə gələcək.

 

Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. 

 

Qeyd edək ki, paytaxt təmsilçisi ilk yoxlama görüşündə Rumıniyanın "ÇFR Kluj" komandasına 1:2 hesabı ilə mğlub olub.