"Mançester Yunayted" "Çelsi"nin yarımmüdafiəçisi Andrey Santosu transfer etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Hələlik klublar arasında rəsmi danışıqlar aparılmayıb. Ancaq "qırmızı şeytanlar" futbolçu ilə ciddi maraqlanır. Hər şey oyunçunun qiymətindən asılı olacaq.
Mənbənin sözlərinə görə, "Çelsi" yayda braziliyalı ilə yollarını ayırmağa hazırdır. "Zadəganlar" 22 yaşlı yarımmüdafiəçini 50 milyon funt sterlinqə qiymətləndirir. "Nyukasl"ın da "Santos"un keçidində maraqlıdır.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun londonlularla müqaviləsi 2030-cu ilin yayına qədərdir.