"Mançester Siti" və Norveç millisinin hücumçusu Erlinq Halandın atası Alf-İnqe Haland oğlunun başqa kluba mümkün transferi ilə bağlı açıqlam verib. Sport24.az xəbər verir ki, o, bu barədə "DAZN ES" portalına danışıb:
"O, "Mançester Siti"də çox xoşbəxtdir və uzunmüddətli müqaviləsi var. İndi yeni mövsümün başlanğıcını gözləyirik. Amma istənilən futbolçu "Real"da oynamaq istərdi. Futbolda nə baş verə biləcəyini heç vaxt bilmirsən".
25 yaşlı norveçlinin "Mançester Siti" ilə 2034-cü ilə qədər müqaviləsi var. "Transfermarkt" portalı onun transfer dəyərini 200 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Haaland 2025/26 mövsümündə bütün turnirlərdə 52 oyunda iştirak edib, 38 qol vurub və 9 məhsuldar ötürmə edib.