"Fiorentina" "Tottenhem"in müdafiəçisi Radu Drequşini icarəyə götürəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Klublar müqavilənin şərtləri, o cümlədən transfer bəndi barədə şifahi razılığa gəliblər. Oyunçunun özü də transferə razılıq verib. "Fiorentina" ötən qışdan rumıniyalı müdafiəçinin nmüyəndələri ilə danışıqlara başlayıb. 

 

Qeyd edək ki, Drequşin 2024-cü ilin yanvarından "Tottenhem"də çıxış edir. Onun ingilis klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Müdafiəçi keçən mövsüm zədə səbəbindən cəmi müdafiəçi 11 matçda meydana çıxıb.