"Nyukasl "Hoffenhaym"ın cinah oyunçusu Bazumane Turenin transferini yekunlaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

 

"Sağsağanlar" alman klubu ilə müqavilənin təfərrüatlarını açıqlamayıb. Daha əvvəl "Nyukasl"ın ümumilikdə 50 milyon avro ödəyəcəyi bildirilmişdi.

 

Bir müddət əvvəl "Liverpul"un Ture ilə maraqlandığı söylənilirdi. "Qırmızılar" onu Məhəmməd Salahın əvəzedicisi kimi nəzərdən keçirirdi.

 

Qeyd edək ki, Ture ötən mövsüm "Hoffenhaym"ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, beş qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Bazumane 2026-cı il dünya çempionatında Fil Dişi Sahili millisinin formasında 3 oyunda meydana çıxıb.