"Zirə"nin Konfrans Liqasının I təsnifat mərhələsindəki rəqibi Kutaisi "Torpedo"su heyətinə yeni oyunçu cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə Ukraynanın "sportarena" portalı məlumat yayıb.
Gürcüstan təmsilçisi Donetsk "Şaxtyor"unun müdafiəçisi Luka Latsabidzeni icarəyə götürüb.
22 yaşlı futbolçu 2024-cü ildə Tbilisi "Dinamo"sundan "Şaxtyor"a keçib. O vaxtdan bəri o, müntəzəm olaraq digər klublara - "Çernomorets", Tbilisi "Dinamo"su və Danimarkanın "Vayle" klublarına icarəyə verilib.
Qeyd edək ki, "Zirə" və "Torpedo" arasında baş tutacaq ilk görüş iyulun 9-da Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra, iyulun 16-da Kutaisidə olacaq.