Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Əhli" Fransisko Trinkaonunun transferi ilə bağlı Lissabon"Sportinq"i ilə danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media platformasında paylaşım edib.
Mənbənin sözlərinə görə, 26 yaşlı portuqaliyalı transferə razılıq verib. "Əl-Əhli" "Sportinq"lə razılığa gəlməyə çalışır. Transfer məbləğinin təxminən 50 milyon avro olacağı gözlənilir. Səudiyyəlilər Fransiskonu klubdan ayrılan Riyad Mahrezin əvəzedicisi kimi nəzərdən keçirirlər.
Trinkao martda "Sportinq"lə müqaviləsini uzadıb. Yarımmüdafiəçinin yeni sözləşməsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Anlaşmada həmçinin 60 milyon avroluq sərbəst qalma bəndi də var.
Qeyd edək ki, Trinkao Ötən mövsüm Lissabon klubunun heyətində bütün turnirlərdə 54 oyun keçirib, 13 qol vurub və 18 məhsuldar ötürmə edib.