"Qarabağ"ın sabiq futbolçusu Julio Romaonun Ağdam klubuna qayıdışı baş tutmayacaq. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, buna səbəb Macarıstanın "Ferentsvaroş" klubunun braziliyalı yarımmüdafiəçinin transferi üçün yüksək məbləğ tələb etməsidir.

Budapeşt təmsilçisi yay "transfer pəncərəsi"ndə komandadan ayrılması gözlənilən Romaonun satışından ən azı 1,5 milyon avro gəlir əldə etməyi planlaşdırır. Bu səbəbdən "Qarabağ"ın transferi reallaşdırmaq şansı yoxdur.

Hazırda Rusiyanın "Axmat" (Qroznı) klubu 26 yaşlı futbolçu ilə yaxından maraqlanır və tərəflər arasında danışıqlar davam edir. Bundan başqa, Romaonun karyerasını ərəb ölkələrindən birinin çempionatında davam etdirmək ehtimalı da mövcuddur.

Qeyd edək ki, Julio Romao 2022–2025-ci illərdə "Qarabağ"ın formasını geyinib.