Azərbaycanın çimərlik futbolu millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi Sahib Məmmədov heyətə 11 futbolçunun adını daxil edib.

 

Qapıçılar: Elçin Qasımov, Emil Omarov

 

Oyunçular: Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev, Mirmövsüm Caniyev.

 

Qeyd edək ki, komanda bu gündən iyulun 20-dək Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olacaq. B Liqasının B qrupunda yer alan milli iyulun 15-də İngiltərə, 16-da Slovakiya, 17-də isə Latviya yığmaları ilə qarşılaşacaq. Hər üç oyun Batumi çimərlik meydançasında təşkil olunacaq.