Fransa millisinin futbolçusu Orelyen Çuameni DÇ-2026-da 1/4 finalda Mərakeşlə oyunu buraxa bilər. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

 

Yarımmüdafiəçi zədəsini tam sağaltmayıb və onun 1/4 finalda iştirakı sual altındadır. Çuameninin durumu oyun günü məlum olacaq.

 

Fransa – Mərakeş matçı iyulun 9-da keçiriləcək.