FIFA-nın keçmiş prezidenti Sepp Blatter DÇ-2026-da ABŞ yığmasının futbolçusu Folarin Baloqunun qırmızı vərəqəsinin təxirə salınması qərarını şərh edib. Sport24.az xəbər verir ki, funksioner ali futbol qurumunu qərara görə tənqid edib:

 

"Qırmızı vərəqələr siyasi zənglərlə ləğv edilə bilməz. Bütün qərarlar sənədlərlə sübut olunmalıdır. ABŞ prezidenti FIFA-ya müdaxilə edib, qərar dəyişirsə, deyəcək söz yoxdur, sadəcə bir sual var, FIFA belə hara gedir?"

 

FIFA Baloqunun qırmızı vərəqəsini şərti cəzaya çevirib və hücumçu mundialın 1/8 finalında Belçikaya qarşı oyunda meydana çıxa biləcək. Belçika Futbol Assosiasiyası da ali futbol qurumunun qərarını qınayıb.

 

ABŞ – Belçika oyunu bu gecə, 04:00-da keçiriləcək.