"Beşiktaş" heyətini yeni qapıçı ilə gücləndirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Bavariya"ya məxsus olan Aleksander Nübeli transfer etməkdir.
Bu barədə "A Spor" televiziyası məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. Almaniya millisinin üzvü yaxın günlərdə "Beşiktaş"la müqavilə imzalayacaq.
Qeyd edək ki, Aleksander Nübel son üç mövsümdə icarə əsasında "Ştutqart"da çıxış edib. 29 yaşlı qolkoper 2025/26 mövsümündə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 60 qol buraxıb. Təcrübəli "əlcək sahibi" 14 qarşılaşmada qapısını toxunulmaz saxlamağı bacarıb.