"Mançester Yunayted" "Real"ın yarımmüdafiəçisi Orelen Tçuameni ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar"ın iki transfer hədəfi - Mateus Fernandes və Sandro Tonali "Tottenhem"lə müqavilə bağladıqdan sonra klub rəhbərliyi yarımmüdafiəni gücləndirmək üçün bütün diqqəti fransıza yönəldib.
Mənbənin sözlərinə görə, "Real" Tçuameni üçün gələcək təkliflərə açıqdır. Lakin "Kral klubu" oyunçu üçün ən azı 100 milyon avro istəyir.
Klublar yaxın günlərdə danışıqlara başlayacağı bildirilir.