Ötən mövsüm "Karvan-Yevlax"ın şərəfini qoruyan Vadim Abdullayevin karyerasını hansı klubda davam etdirəcəyi dəqiqləşib. Yarımmüdafiəçinin özü bu barədə Sport24.az açıqlama verib.

O, "Kəpəz"lə anlaşdığını söyləyib:

"Karyeramı bu komandada davam etdirəcəyəm. Başqa təkliflərim də var idi. Amma "Kəpəz"i seçdim. Yeni mövsümün bizim üçün uğurlu olacağına ümid edirəm".

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi ümumilikdə Premyer Liqada 146 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.