Futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində İspaniyaya məğlubiyyətdən (0:1) sonra Portuqaliya millisinin baş məşqçisi postundan ayrılan Roberto Martinesin xələfinin adı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliyanın "A BOLA" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, 71 yaşlı Xorxe Jesus boş qalan posta əsas namizəddir.
Qeyd edək ki, Xorxe Jesus ötən mövsümün sonunda "Əl-Nəsr"dən ayrıldıqdan sonra işsizdir. Milli komanda Portuqaliyaya qayıtdıqdan sonra o, şərtləri razılaşdırmaq və müqavilə imzalamaq üçün federasiya prezidenti Pedro Proensa ilə görüşəcək.