Seneqallı hücumçu Bamba Dyen Səudiyyə Ərəbistanının "Əş-Şəbab" klubu ilə üç illik müqavilə imzalayacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto sosial media hesabında paylaşım edib. 

 

26 yaşlı futbolçu bu yay Fransanın "Lorient" klubundan ayrıldıqdan sonra azad agent statusunu alıb. Ötən mövsüm hücumçu Liqa 1-də 22 oyun keçirib, 10 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

"Transfermarkt"ın məlumatına görə, Dyen DÇ-2026-da hazırda klubsuz olan ikinci ən bahalı oyunçudur. Onun dəyəri 15 milyon avro qiymətləndirilir. Yalnız Misirli Məhəmməd Salah (22 milyon avro) daha bahalıdır. Dyen dünya çempionatında cəmi yeddi dəqiqə oynayıb.