Şotlandiyanın "Seltik" klubu "Qarabağ"ın futbolçusu Kamilo Duranla şəxsi müqavilənin şərtləri üzrə razılığa gəlib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, tərəflər 24 yaşlı kolumbiyalı vingerin fərdi müqaviləsi ilə bağlı ortaq məxrəcə gəliblər.
Hazırda danışıqlar "Seltik" və "Qarabağ" arasında davam edir. Şotlandiya təmsilçisi Ağdam klubunu razı salmağa çalışır və yaxın vaxtlarda daha yaxşı maliyyə təklifi göndərməyi planlaşdırır.
"Seltik"in 2 milyon funt sterlinq məbləğində ilk rəsmi təklifi "Qarabağ" tərəfindən geri çevrilib. Redaksiyamıza daxil olan məlumata görə, Britaniya klubu növbəti təklifini təxminən 2,6 milyon funt sterlinq səviyyəsində etməyə hazırlaşır.
Qeyd edək ki, Kamilo Duran ötən mövsüm "Qarabağ"ın heyətində göstərdiyi uğurlu çıxışla bir sıra Avropa klublarının maraq dairəsinə düşmüşdü