"Bavariya"nın qapıçısı Aleksandr Nyubel karyerasını "Beşiktaş"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial media hesabında paylaşım edib.

 

Tərəflər 6,5 milyon avro transfer haqqı və 5 milyon avro bonus barədə razılığa gəliblər. Tibbi müayinədən keçdikdən sonra Nyubel 2029-cu ilə qədər müqavilə imzalayacaq və mövsümə 5 milyon avro maaş alacaq.

 

Qeyd edək ki, Nyubel 2020-ci ilin yayında azad agent kimi "Şalke"dən "Bavariya"ya keçib. O, Münhen klubunda cəmi dörd oyunda iştirak edib. 29 yaşlı qapıçı son üç ili icarə əsasında "Ştutqart"da keçirib.