"Lion" Korentin Tolisso ilə müqavilənin müddətini uzadıb. Sport24.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi 2029-cü ilə qədər "toxucular"ın formasını geyinəcək.
2007-ci ildə əsas komandaya qoşulan Tolisso "Lion"un öz yetirməsidir. 2017-ci ildə yarımmüdafiəçi "Bavariya"ya keçsə də 2022-ci ildə yenidən sabiq komandasına qayıdıb.
Qeyd edək ki, 31 yaşlı Tolisso ötən mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 15 qol vurub və 6 məhsuldar ötürmə edib.