"Mançester Yunayted" "Liverpul"un 16 yaşlı cinah oyunçusu İsak Konde ilə müqavilə imzalamağa hazırlaşır. Sport24.az xəbər verir ki, insayder Fabrisio Romano məlumat yayıb.
Onun sözlərinə görə, iki həftə əvvəl yayılan transfer xəbəri artıq təsdiqlənib.
Qeyd edək ki, "Mançester Yunayted"in yaxın günlərdə Konde ilə müqavilə imzaladığını rəsmən açıqlaması gözlənilir.