Super Liqa təmsilçisi "Çorum" Burak Yılmazı "sükan arxasına" dəvət edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər arasında 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 41 yaşlı Yılmaz daha əvvəl "Beşiktaş", "Kayserispor", "Kasımpaşa" və "Qaziantep" komandalarını çalışdırıb.