I Liqanın iddialı klublarından olan "Səbail" daha böyük hədəflər uğrunda mübarizə aparmaq niyyətindədir. Sport24.az-ın əldə etdiyi məlumata görə, klubun yeni rəhbərliyi qarşıya bir sıra ciddi hədəflər qoyub.
Qubanı təmsil etmək qərarına gələn "Səbail"in hazırkı büdcəsi 2 milyon manat təşkil edir. Bu məbləğ dövlət tərəfindən ayrılan vəsait nəzərə alınmadan, klub rəhbərliyinin komandaya ayırdığı maliyyədir.
Paytaxt təmsilçisi Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə isə büdcənin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
Sport24.az-a daxil olan bilgiyə əsasən, bu halda klubun illik büdcəsi 5 dəfə artırılaraq 10 milyon manata çatdırılacaq.
Qeyd edək ki, "Səbail" I Liqanın ilk 3 turundan sonra 7 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.