"Bavariya" "Barselona"nın futbolçusu Dani Olmonu heyətinə qatmaq üçün hərəkətə keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Münhen təmsilçisi qış "transfer pəncərəsi"ndə 28 yaşlı hücumameyilli yarımmüdafiəçinin mümkün transferini nəzərdən keçirir. Almaniya klubu Camal Musiala və Maykl Oliseyə artan maraq fonunda hücum xəttini gücləndirmək üçün alternativ variantlar üzərində çalışır.
Kataloniya təmsilçisinin Olmo üçün təxminən 70 milyon avro tələb edəcəyi bildirilir.
Qeyd edək ki, Olmo 2024-cü ildə 55 milyon avro qarşılığında "RB Leypsiq"dən "Barselona"ya keçib. O, Almaniya klubunda 29 qol vurub və 34 məhsuldar ötürmə edib. İspaniya millisində isə 58 oyun keçirən futbolçunun hesabında 12 qol var.