"Böyük beşlik" liqalarından kənarda çıxış edən ən dəyərli on futbolçunun siyahısı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) siyahı dərc edib.

 

Reytinqə 83,7 milyon avro dəyərində qiymətləndirilən "Portu"nun mərkəz yarımmüdafiəçisi Viktor Froqoldt başçılıq edir.

 

Ümumilikdə, siyahıda Portuqaliya liqasından altı futbolçu yer alıb.

 

CIES-ə görə, "Böyük beşlik" liqalarından kənarda ən dəyərli 10 futbolçu:

 

1. Viktor Froqoldt ("Portu") – 83,7 milyon avro

2. Vangelis Pavlidis ("Benfika") – 65 milyon avro

3. Qabriel Martinelli ("Əl-Hilal") – 63,6 milyon avro;

4. Luis Suares ("Sportinq") – 62,9 milyon avro

5. Nikolo Tresoldi ("Klub Brügge") – 61,5 milyon avro

6. Meyson Qrinvud ("Fənərbaxça") – 61 milyon avro

7. Oskar Pyatuşevski ("Portu") – 60,7 milyon avro

8. Canluka Prestianni ("Benfika") – 57,9 milyon avro

9. Qonsalu İnasio ("Sportinq") – 57 milyon avro

10. Xose Manuel Lopes ("Palmeyras") – 53,9 milyon avro