Yunanıstanın "Volos" klubu "Neftçi"nin qapıçısı Rza Cəfərovu heyətinə qatmaq istəyir. Sport24.az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı qapıçıya Yunanıstan təmsilçisindən maraq var.

 

Gənc futbolçu daha çox oyun təcrübəsi qazanmaq və mütəmadi meydana çıxmaq istədiyindən "Volos"un təklifini dəyərləndirməyə müsbət yanaşır. Cəfərovla bağlı yekun qərarı "Neftçi"nin baş məşqçisi Yuri Vernodub və klub rəhbərliyi verəcək.

 

Paytaxt təmsilçisi keçidə müsbət yanaşılacağı təqdirdə transfer reallaşacaq. "Ağ-qaralar" qapıçını icarəyə verməyi də nəzərdən keçirə bilər.

Qeyd edək ki, 23 yaşlı qapıçının "Neftçi" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.