"Real" və İspaniya millisinin müdafiəçisi Din Huysen bir sıra mövzularla bağlı açıqlamalar verib. Sport24.az xəbər verir ki, gənc futbolçu İspaniya millisində yenidən yer aldığı üçün xoşbəxt olduğunu bildirib. Huysen DÇ-2026-nın heyətindən kənarda qalmasının onun üçün ağır olduğunu da etiraf edib:

"İspaniya dünya çempionu oldu və ispaniyalı kimi mən də özümü çempion hiss edirəm. Amma futbolçu kimi orada ola bilməməyim mənim üçün böyük məyusluq idi".

Huysen "Atletiko" ilə derbidə qırmızı vərəqə alması barədə də danışıb. O, epizodda rəqib futbolçunu saxladığı üçün qaydalara əsasən qırmızı vərəqənin doğru olduğunu, lakin hakimin daha geniş şərh imkanına sahib olmalı olduğunu düşünür.

"Bu, mənim məsuliyyətimdir. Matçı qazana bilərdik", – deyə müdafiəçi qeyd edib.

O, derbidə Federiko Valverdenin iştirakı ilə baş verən epizodda VAR-ın müdaxilə etməməsini də anlamadığını bildirib:

"Bilmirəm niyə VAR müdaxilə etmədi. Bu, hakimin səhvi ola bilər. Amma VAR nəyə görə var?"

"Real"ın baş məşqçi Joze Mourinyonun onun qarşısına yüksək tələb qoyduğunu deyən Huysen bunun inkişafına kömək etdiyini vurğulayıb:

"O, nəyə qadir olduğumu bilir və məndən çox şey tələb edir. Mənə çox təzyiq göstərir və bu, mənim üçün yaxşıdır. Daha yaxşı olmağımı istəyir".

Müdafiəçi yay fasiləsində fiziki hazırlığı üzərində xüsusi çalışdığını da bildirib.
Huysen "Elçe" ilə oyunda Seutaya dəstək mesajı daşıyan köynəklərlə bağlı yaranan mübahisəyə toxunaraq bunun onun üçün siyasi məsələ olmadığını deyib:

"Mən ispaniyalıyam və bunun nə demək olduğunu bilirəm. Mənim üçün bu, siyasi məsələ deyil, Seutada çətinlik yaşayan insanlara dəstək mesajıdır. Amma burada olmayan biri vəziyyəti fərqli başa düşə və bunu siyasi məsələ kimi qəbul edə bilər. Sonda hər kəs özü üçün qərar verir".

Qeyd edək ki, Huysen "Real"ın bu mövsüm La Liqadakı çıxışı və komandanın "Barselona"dan 6 xal geridə qalması barədə də danışıb. Futbolçu mövsümün hələ uzun olduğunu və qarşıda 31 turun qaldığını vurğulayıb.