"Mançester Siti" yay transfer dönəmi ərəfəsində orta xəttini gücləndirmək üçün hərəkətə keçib. Premyer Liqa çempionu hazırda "Everton"un yarımmüdafiəçisi Kiernan Düsberi-Holl ilə yaxından maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes-in Spanish" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Mançester təmsilçisi futbolçu üçün 40 milyon funt sterlinq dəyərində təklif hazırlayır. "Everton" oyunçunun komandadakı rolunu yüksək qiymətləndirsə də, bu məbləğə yaxın rəsmi təklif gələrsə, transferi nəzərdən keçirməyə hazırdır.
Qeyd edək ki, Düsberi-Holl bu mövsüm "mersisayd" klubunun heyətində 19 rəsmi matçda 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.