"Real"ın keçmiş yarımmüdafiəçisi Toni Kroos Səudiyyə Ərəbistanı Liqası təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo ilə bağlı vəziyyətlə bağlı şərh verib. Sport24.az xəbər verir ki, alman futbolçu bu barədə qonaq olduğu podkastların birində danışıb:

 

"Səudiyyə Ərəbistanı Liqası gülməli bir yerdir, çünki Kriştiano gəlməzdən əvvəl heç kim onun haqqında eşitməmişdi və indi onlara dünya şöhrəti gətirən insana hörmət etmirlər. Sizə açıq deyim: əgər Kriştiano sabah ordan getsə, artıq heç kim bu liqanı izləməyacək".

 

Qeyd edək ki, Kriştiano Ronaldonun "Əl-Nəsr", "Əl-İttihad", "Əl-Hilal" və "Əl-Əhli" klublarına sahib olan Səudiyyə Ərəbistanı investisiya fondunun siyasətindən narazı olduğu bildirilir. Mediada yayılan məlumatlara görə, portuqaliyalı "Əl-Nəsr"in bu qış transferlərindən narazıdır.