"Mançester Yunayted" "Real"ın müdafiəçisi Eder Militaonu transferində maraqlıdır. Sport24.az "TEAMtalk"a istinadən xəbər verir ki, ingilis klubu 28 yaşlı braziliyalı üçün 40 milyon avro təklif etməyə hazırdır.
Müdafiəçi hazırda zədəlidir. Militaonun Madrid klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayında başa çatır.
Qeyd edək ki, müdafiəçi bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 16 oyunda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib.