"Hər oyunda qol vurduğuma görə çox sevinirəm". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçus Xəyal Əliyev deyib.
O, Misli Premyer Liqasının XIX turunun oyununda "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə üstələdikləri oyunla bağlı fikirlərini bölüşüb:
"İnşallah qollarım davamlı olar. Növbəti matçda da fərqlənmək və azarkeşlərimizi sevindirmək istəyirəm".
Azərbaycan millisinin üzvü Bakı təmsilçisinin çempionatda ardıcıl qələbələr qazanmasına toxunub:
"Hər oyuna qalibiyyət üçün çıxırıq. Ümid edirəm ki, bütün qarşılaşmalarda qələbə qazanacağıq. Komandada əhval-ruhiyyə bomba kimidir. İnşallah hər şey yaxşı olacaq"
Qeyd edək ki, 46 xalla Premyer Liqanın vahid lideri olan "Sabah" XX turda "Qəbələ"nin qonağı olacaq.