"Fənərbaxça" klubu ulduz futbolçusu Anderson Taliska ilə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Bu barədə klub məlumat yayıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarından "sarı-lacivərdlilər"in formasını geyinən Taliska cari mövsümdə möhtəşəm performansı ilə seçilir. O, bütün turnirlərdə meydana çıxdığı 33 oyunda 19 qol vurub və 4 məhsuldar ötürmə edib.
Xatırladaq ki, "Fənərbaxça" 20 turdan sonra Türkiyə Superliqasında 2-ci pillədə qərarlaşıb və lider "Qalatasaray"dan 6 xal geri qalır. Komanda fevralın 10-da "Gənclərbirliyi" ilə üz-üzə gələcək.