"Mançester Yunayted" hücumçu Kriştiano Ronaldonu üçüncü dəfə transfer etməkdə maraqlı deyil. Sport24.az xəbər verir ki, bu barədə "The i Paper" qəzeti məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Lissabon klubu vəsaiti təmin edə bilsə, 41 yaşlı hücumçunun "Sportinq"ə qayıtması daha çox ehtimal olunan variantdır. Ronaldo həmçinin MLS və Qətər Premyer Liqasına da üz tuta bilər. 

 

Qeyd edək ki, portuqaliyalı hücumçu "Əl-Nəsr"in son iki oyununda meydana çıxmayıb. Mediada yayılan xəbərlərə görə, Ronaldo klubun transfer siyasətindən narazıdır. Ulduz futbolçunun yayda "Əl-Nəsr"dən ayrılacağı söylənilir.