"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş Premyer Liqanın 25-ci turunda "Tottenhem" (2:0) üzərində qələbədən sonra Maykl Karrikin "qırmızı şeytanlar"ın son nəticələrindəki rolu barədə danışıb. Sport24.az xəbər verir ki, Mançester klubunun portuqaliyalı futbolçusu Karrikin komandaya xeyir verdiyini bildirib:

 

"Bu, futboldur. Hər şey oyundan-oyuna dəyişir. Düşünürəm ki, Maykl komandaya düzgün ideyalarla gəlib. Futbolçulara məsuliyyət yükləyə bilir, doğru ifadələrdən istifadə edir. Eyni zamanda bizə qərar vermək üçün azadlıq verir. Karrik lazım olan sözləri tapır. Son oyunumuzdan əvvəl ona uğurlu baş məşqçimiz olacağını dediyimi xatırlayır. Dediklərimə əmin idim və indi o da bunu sübut edir. Ümid edirik ki, ona daha çox kömək edə bilərik ki, hamı "Mançester Yunayted"in yalnız oyunçuları deyil, həm də klubdakı bütün işçilərinin yaxşı olduğunu görə bilsin".

 

Qeyd edək ki, "Mançester Yunayted" 44 xalla 4-cü pillədədir.