"Barselona"nın baş məşqçisi Hans-Diter Flik, klubun hazırkı ​prezidenti Joan Laporta yenidən seçilməsə, mövsümün sonunda klubdan ayrıla bilər. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, seçkilər martın 15-də keçiriləcək və Kataloniya klubunun yeni prezidenti iyulun 1-də vəzifəsinin icrasına başlayacaq.

 

Mənbənin sözlərinə görə, alman məşqçi özünü Laportanın komandasının bir hissəsi hesab edir. Laporta yenidən seçilərsə, Flik müqaviləsini uzatmağa hazırdır. 

 

Qeyd edək ki, "Barselona"nın prezidenti postuna namizədlərindən biri olan Viktor Font da qalib gələcəyi təqdirdə Fliki klubda saxlamaq istəyini bildirib.