Bu gün keçiriləcək 2 oyunla Misli Premyer Liqasında 19-cu tura start verilir. Sport24.az xəbər verir ki, günün ilk matçı Masazırda keçiriləcək.

 

"Sabah" "doğma divarlar" arasında "Araz-Naxçıvan"ı qəbul edir. Meydan sahibləri bu tur ərəfəsində 43 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Qonaqlar isə 27 xalla 6-cıdır. "Bayquşlar" liderliyini davam etdirmək üçün heç şübhəsiz ki, bu matçdan da 3 xalla ayrılmağı düşünür. Qış fasiləsindən sonra qələbə üzünə həsrət qalan naxçıvanlılar da avrokuboklar zonasından uzaq düşməmək üçün qələbə üçün meydana çıxacaq. Kimin sonda istəyinə çatacağını 90 dəqiqə göstərəcək.

 

Qeyd edək ki, oyunun start fiti saat 16:00-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, XIX tur

16:00. "Sabah" - "Araz-Naxçıvan" 3:0 (Birinci hissə)

Qol: Umarali Raxmonaliyev, 7-pen, Aron Maluda, 11, Xəyal Əliyev, 16

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Masazır. "Bank Respublika Arena". 

 

"Sabah": 92. Stas Pokatilov (k) 46. Aleksey İsayev 9. Xəyal Əliyev 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

 

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Anatoli Nuriyev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 83. Stefen Ende

 

Baş məşqçi: Valdas Dambrauskas 

 

"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli

 

Ehtiyat oyunçular: 12. Kristian Avram 4. Rahil Məmmədov 14. Ülvi İsgəndərov 16. Ramon Maçado 29. Vanderson Melo 23. Nuno Rodriqes 10. Felipe Santos 19. Bar Kohen

 

Baş məşqçi: Andrey Demçenko