"Nyukasl"ın baş məşqçisi Eddi Hau komandasının Premyer Liqanın 25-ci turunda "doğma divarlar" arasında "Brentford"a 2-3 hesablı məğlubiyyətini şərh edib. Sport24.az xəbər verir ki, o, bununla bağlı "Sky Sports" açıqlama verib:
"Mən həmişə təzyiq hiss edirəm. Amma mənim üçün hansı təzyiqin olmasının əhəmiyyəti yoxdur. İstər qələbə təzyiqi, istərsə də vəziyyəti dəyişmək təzyiqi olsun. Hazırda biz çox güman ki, ikinci vəziyyətdəyik.
Həmişə deyirəm ki, özümə qoyduğum təzyiq bundan artıq ola bilməz. Etdiyim işlərə, necə işlədiyimə və oyunçularımdan nə tələb etdiyimə görə həqiqətən yüksək standartlarım var. Aydındır ki, hazırda işimi kifayət qədər yaxşı yerinə yetirmirəm. Özümə əsəbiləşirəm, özümə qəzəbliyəm, özümü günahlandırıram və bunun üçün məsuliyyəti üzərimə götürürəm. Başqasını günahlandırmıram".
Qeyd edək ki, hazırda aktivində 33 xal olan "sağsağanlar" turnir cədvəlində 12-ci yerdədir.