Azərbaycan Basketbol Liqasının XVI turu davam edir. Sport24.az xəbər verir ki, bu gün "Abşeron Lions" səfərdə "Şəki"ni məğlub edib.

 

Şəki Olimpiya İdman Kompleksində baş tutan görüş qonaqların 92:85 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Turun son görüşü Bakı İdman Sarayında "Neftçi" və "Sabah" arasında baş tutacaq. Bu matç saat 18:00-da başlayacaq.