Türkiyə Superliqasının 21-ci turunun ilk qarşılaşmasında "Qalatasaray" səfərdə "Rizespor"un qonağı olub. Sport24.az xəbər verir ki, matç "sarı-qırmızılar"ın 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

 

8 fevral

 

"Rizespor" - "Qalatasaray" - 0:3

 

Qollar: B.A.Yılmaz, 19, Y.Akgün, 62, V.Osimhen, 73

 

Bu qələbə ilə xallarını 52-yə çatdıran "Qalatasaray" liderliyini davam etdirib. "Rizespor" isə 20 xalda qalıb.

 

Qeyd edək ki, "Qalatasaray" növbəti turda öz meydanında "Eyüpspor"u qəbul edəcək.