Misli Premyer liqasının 19-cu turunun ikinci oyun gününə Suraxanıda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Turan Tovuz" "Karvan-Yevlax"ı qonaq edir.
Hazırda Tovuz klubu 30 xalla 4-cü, Yevlax təmsilçisi isə 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. Dünən keçirilən oyunda "Zirə" "Sumqayıt"ı məğlub edərək 3-cü yerə yüksəlib. "Boz qurdlar" yenidən ilk "üçlük"də yer almaq üçün bu gün mütləq qalib gəlməlidir. Yevlaxlılar isə sonuncu yerdən qurtulmaq üçün mübarizə aparır. Komandaların ilk dövrədəki mübarizəsindən "Turan Tovuz" qalib ayrılıb - 2:1.
Qeyd edək ki, turun son iki - "Şamaxı" - "Qarabağ" və "Neftçi" - Qəbələ" görüşü sabah baş tutacaq.
Misli Premyer Liqası
II dövrə, XIX tur
18:30. "Turan Tovuz" - "Karvan-Yevlax"
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı. "Azersun Arena".