"Barselona"nın vingeri Lamin Yamalın atası Munir Nəsraui sosial mediada oğlunu "Barselona" və Argentina millisinin keçmiş oyunçusu Dieqo Maradona ilə müqayisə edib. Sport24.az xəbər verir ki, Yamal La Liqanın 23-cü turunda "Malyorka" üzərində 3-0 hesablı qələbə qazanılan oyunda qol vurub:

 

"Sadəcə qürurlu bir atayam, hər şey üçün ailəmə təşəkkür edirəm".

 

Qeyd edək ki, 18 yaşlı Yamal 2023-cü ildən "Barselona"nın əsas komandasında oynayır. Bu mövsüm gənc oyunçu katalonların heyətində 30 oyun keçirib, 15 qol vurub və 13 məhsuldar ötürmə edib.