Premyer Liqanın son çempionu "Liverpul" yay "transfer pəncərəsi"ndə birə‑bir vəziyyətlərdə rəqib oyunçuları keçə bilən sürətli hücumçu axtarır. Sport24.az xəbər verir ki, bu barədə "Footbal İnsider" məlumat yayıb.

"Liverpul" rəhbərliyi hesab edir ki, komanda indiki hücum xəttində Sadio Mane və Luis Dias kimi texniki cəhətdən güclü futbolçuya ehtiyac duyur.

Qeyd edək ki, "mersisayd" klubu bu mövsüm çoxsaylı transferlər etsə də, gözlənilən performansı göstərən biləcək forvard tapmayıb.