Romelu Lukaku Avropa çempionatları tarixinə düşüb. Sport24.az xəbər verir ki, belçikalı hücumçu turnirin seçmə mərhələsində ən çox qol vuran futbolçu adına sahib çıxıb.

Lukaku buna Azərbaycanla matçdan sonra nail olub. Yığmamızın qapısına 4 qol vuran forvard AVRO-2024-ün seçmə oyunlarında ümumilikdə 14 dəfə fərqlənib.

Bununla da Romelu şimali irlandiyalı David Hilinin AVRO-2008 və polşalı Robert Levandovski isə AVRO-2016-da imza atdığı rekordu arxada qoyub. Bu cütlük hərəyə 13 qola imza atıb.

Qeyd edək ki, Belçika yığması milli üzərində 5:0 hesablı qələbə qazanıb.