"İnter Mayami" MLS-in müntəzəm çempionatında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, heyətində bir çox dünya ulduzlarının yer aldığı Mayami təmsilçisi "Çikaqo Fayr"a 3:5 hesabı ilə məğlub olub.

 

"İnter Mayami"I də Luis Suares dubl edib, bir qolu isə Tomas Aviles vurub. Qonaqların heyətində isə Brayan Qutyerres, Castin Reynolds, Rominiq Kuame, Conatan Din və Ce D'Avilla da fərqlənib.

 

Qeyd edək ki, "İnter Mayami" 56 xalla Şərq Konfransında dördüncüdür və artıq pley-offa vəsiqəni təmin edib. "Çikaqo Fayr" isə 51 xalla səkkizinci pillədə qərarlaşıb.