"Liverpul"un hücumçu Federiko Kyezanı "Yuventus"a satmaq istədiyi məbləğ açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, İngiltərə klubu oyunçunu 10 milyon avroya satmağa hazırdır. Kyeza özü də daha çox oyun vaxtı qazanmaq üçün "Yuventus"a qayıtmaq istəyir.

 

Qeyd edək ki, Kyeza 2020-ci ildən 2024-cü ilə qədər "Yuventus"da oynayıb. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.